Ağdam pambıqçıları bu günədək 6963,79 ton məhsul tədarük ediblər

Ağdam rayonunda pambıq yığımı yekunlaşmaq üzrədir və bu günədək qəbul məntəqələrinə 6963,79 ton məhsul təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə rayonda 500 hektarı “Azərpambıq” MMC, 970 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 650 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 2120 hektar sahədə pambıq becərilib.

Fermerlər mühüm strateji məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar. Tarlalardan hər gün 10 tondan çox məhsul toplanır.

AZƏRTAC

Yeni Xəbərlər