Beyləqan pambıqçıları bu günədək 30 min 783,4 ton məhsul tədarük ediblər

Beyləqan rayonunda pambıq yığımı davam edir və bu günədək qəbul məntəqələrinə 30 min 783,4 ton məhsul təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Beyləqan rayonunda 3200 hektarı “Azərpambıq” MMC, 4723,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib və nəticədə tarlalarda bol məhsul yetişib.

Bu mövsüm 26 min tondan çox pambıq istehsal etməyi hədəfləyən Beyləqan pambıqçıları nəzərdə tutulandan çox məhsul tədarük ediblər. Fermerlər mühüm strateji məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar. Tarlalardan hər gün 20 tondan çox məhsul toplanır

AZƏRTAC

Yeni Xəbərlər