Hər zaman dəbdə: “Azəripək” kəlağayıları “MyBrands” mağazalar şəbəkəsində

Özəl sektorun dövlət müəssisəsi ilə əlamətdar əməkdaşlığının əsas məqsədi milli mədəni sərvətimiz olan kəlağayının daha da tanıdılmasıdır.

“MyBrands” mağazalar şəbəkəsi “Azəripək” MMC ilə əməkdaşlığa başlamışdır. Müəssisənin istehsalı olan ecazkar gözəlliyə və keyfiyyətə malik kəlağayılar artıq şəbəkəyə daxil olan bir sıra mağazalarda təqdim olunur.

Təbii ipəkdən hazırlanan, əsrlər boyu hər bir Azərbaycan qadınının əvəzolunmaz atributu, gözəllik, sədaqət, ləyaqət və hörmət rəmzi olan, özündə Azərbaycanın qədim tarixi, ənənələri və mədəniyyətini birləşdirən kəlağayı Azərbaycan qadınının milli aksesuarıdır.

Azərbaycanda kəlağayı qədim zamanlardan istehsal olunur. Bir zamanlar Fransanın “ipək paytaxtı” ilə müqayisə olunan və “Qafqazın Lionu” adlandırılan Şəki şəhəri həmişə bu sahədə xüsusilə fərqlənmiş və fərqlənməkdədir. Şəki şəhəri Azərbaycanın və bütün Qafqazın ipək paytaxtı adını bu gün də qoruyub saxlamaqdadır. Məhsulları inanılmaz rəng ahəngi, etnik-milli motivlər və yüksək keyfiyyəti ilə seçilən kəlağayı istehsalçısı “Azəripək” MMC məhz burada yerləşir.  

Azərbaycan milli mədəniyyətinin ayrılmaz hissəsi olan kəlağayı dünyanın ən qədim aksesuarlardan biri olmasına baxmayaraq hər zaman öz aktuallığını qoruyub-saxlamış, incəlik, zəriflik və əsl qadınlığın təcəssüm olunduğu bir simvol olmuşdur.

Kəlağayı yalnız özündə Azərbaycanın zəngin milli mədəniyyətinin genlərini daşıyan əsl mədəniyyət nümunəsi deyil, o həm də, həmişə dəbdə olan aksesuar, o cümlədən ideal hədiyyədir.

Kəlağayının beynəlxalq səviyyədə tanınmasına dair çox vacib bir faktı da qeyd edək. Azərbaycanın ipəkdən hazırlanan qadın baş örpəyi və onun ənənəvi hazırlanma sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Geniş rəng çalarları və rəsm müxtəlifliyi ilə fərqlənən kəlağayı çeşidlərini artıq “MyBrands” şəbəkəsinə daxil olam “adL” və “SIX” mağazalarından əldə etmək mümkündür.

1news.az 

Fotolent

Yeni Xəbərlər