2020-ci ildə trans-milli siqaret şirkətləri ilə əməkdaşlıq məqsədilə Azərbaycan tütün nümunələri Braziliya və Almaniyada dünyanın aparıcı laboratoriyalarına göndərilib.
Bunu Trend-ə “Azərbaycan Sənaye Korporasiyası”nın istehsal və əməliyyat departamentinin direktoru İlham Bayramov deyib.
Onun sözlərinə görə, “Azərtütün ASK” MMC Beynəlxalq Tütünçülər Assosiasiyasının üzvüdür. Bu təşkilata 23 ölkə daxildir:
“2021-ci ildə aqrotexniki tədbirlərin təkmilləşdirilməsi hesabına tütün istehsalını 30 faizədək artırmaq planlaşdırılır. Bu il istehsal əkin sahələrinin genişləndirilməsi hesabına artırıldı, gələn il isə bu, aqrotexniki tədbirlər hesabına mümkün olacaq ”