Ağdam rayonunda kənd təsərrüfatı işləri, o cümlədən pambıq yığımı davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 500 hektarı “Azərpambıq” MMC, 970 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 650 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında 2120 hektar sahədə pambıq becərilib. Bu günədək tarlalardan 4840 ton məhsul yığılıb.