Beyləqan pambıqçıları bu günədək 12 min 510 ton məhsul tədarük ediblər

Beyləqan rayonunda pambıq yığımı kampaniyası davam edir və bu günədək qəbul məntəqələrinə 12 min 510 ton məhsul təhvil verilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ildə 3200 hektarı “Azərpambıq” MMC, 3888,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 835 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə tarlalarda bol məhsul yetişib. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defoliasiya) həyata keçirilib.

AZƏRTAC

Yeni Xəbərlər