Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, kənd təsərrüfatı işləri, o cümlədən pambıq yığımı davam etdirilir. Ağdamlı fermerlər hər gün tarlalardan 20 tondan artıq məhsul toplayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə rayonda 500 hektarı “Azərpambıq” MMC, 970 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 650 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 2120 hektar sahədə pambıq becərilib. Bu günədək tarlalardan 226,67 ton məhsul yığılıb.