Bu il Şəki rayonunun təsərrüfatlarında 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. İndiyədək rayonda 3200 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, istehsal olunan quru tütünün 1920 tonu artıq tədarük müəssisələri tərəfindən alınıb.
“Azərtütün ASK” MMC-dən verilən məlumata görə, mövsümün əvvəlindən indiyədək Şəkidə fəaliyyət göstərən emal məntəqələrinə rayon üzrə hamıdan çox Oxud kəndindən Oruc Əhmədov 149 ton, Babaratma kəndindən Mayil Məmmədov 117,5 ton, Cumakənddən Rafiq İlyasov isə 106 ton “Virciniya botaniki” növlü yaşıl tütün kütləsi təhvil veriblər.
Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər.