Beyləqan pambıqçıları məhsul yığımına başlayıblar

Beyləqan rayonunda pambıq yığımına başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ildə 3200 hektarı “Azərpambıq” MMC, 3888,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 835 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib və nəticədə tarlalarda bol məhsul yetişib.

Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defoliasiya) həyata keçirilib. Rayonda pambıq yığımına 45 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Hazırda isə pambıq yığımı əl ilə aparılır. Rayon pambıqçıları 9762 kiloqram məhsul toplayaraq tədarük məntəqələrinə təhvil veriblər.

Bu mövsüm rayon üzrə 26 min tondan çox pambıq istehsalı gözlənilir.

AZƏRTAC

Yeni Xəbərlər