İpəyimiz dünya bazarlarına ixrac oluna bilər

2021-ci ildə Azərbaycan ipəyi Çin, İtaliya, Cənubi Koreya və Yaponiya bazarlarına çıxa bilər.

Bunu Trend-ə Azərbaycan Sənaye Korporasiyasının İstehsal və əməliyyatlar departamentinin direktoru İlham Bayramov deyib.

O bildirib ki, 2020-ci ildə Azərbaycan təbii ipəyinin nümunələri bu ölkələrə göndərilib, 2021-ci ildə ixraca başlamaq planlaşdırılır.

Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə əlaqədar xam ipəyin qiyməti kəskin ucuzlaşıb: “Son günlər müəyyən qiymət artımı, bazarın əvvəlki artım tempi hələlik bərpa olunmayıb. Artan rəqabətə baxmayaraq, pandemiyaya görə ticarət aktivliyi müşahidə olunmur”.

İ.Bayramov bildirib ki, 2020-ci ilin sentyabrınadək Türkiyəyə 11,58 min kiloqram quru ipəkqurdu baraması ixrac olunub: “Türkiyəyə ixrac olunan məhsulun ümumi dəyəri 284 085 manat təşkil edib”.

O vurğulayıb ki, “Azəripək” MMC-nin marketinq planına uyğun olaraq müəssisənin məhsulunun xarici bazarlarda təşviqi üçün və Rusiya, Ukrayna, BƏƏ, ABŞ, İran, Türkiyə, Çin və İtaliyada satılması üçün bu ölkələrə quru baramaqardu, xam ipək və ipək parça nümunələri göndərilib.

Trend

Yeni Xəbərlər