Ağcabədidə Pambıq İstehsalı Emalı Zavodu yenidənqurmadan sonra istifadəyə verilib

“Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodu istehsal gücünün artırılması və gündəlik emal gücünün 200 tona çatdırılması məqsədilə 2019-cu ildə başlanılmış yenidənqurma işləri yekunlaşdırıldıqdan sonra tam istifadəyə verilib.

Azərbaycan Sənaye Korporasiyasından Trend-ə verilən məlumata görə, zavodun yararsız vəziyyətdə olan texniki bazası, köhnə, sıradan çıxmış avadanlıqları Türkiyənin “Tekmen” şirkətinə məxsus, müasir standartlara cavab verən, yeni qurğular ilə əvəzlənib və mütəxəssislər tərəfindən sınaqdan keçirilib. Bununla da zavodun quruducu, təmizləyici, emal və mahlıc presləyici avadanlıqlarının yenilənməsi nəticəsində müəssisənin gündəlik emal gücü 200 tona çatdırılıb. Qeyd olunan yenidənqurma işləri “Azərpambıq ASK” MMC-nin öz vəsaiti hesabına həyata keçmişdir. Zavodun tam gücü ilə işə düşməsi nəticəsində Cəmiyyətin ətraf rayonlarda yerləşən məntəqələrində də tədarük olunmuş xammal həmin müəssisəyə qəbul olunaraq, emal olunacaqdır. Qeyd olunmalıdır ki, bu il Ağcabədi rayonunda 10 min 688,8 hektar sahədə pambıq becərilib. Bunun da 4200 hektarı “Azərpambıq ASK” MMC ilə müqavilə əsasında reallaşıb.

Trend

Fotolent

Yeni Xəbərlər