“Azərbaycan Sənaye Korporasiyası”da - Yeni Təyinat

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin departamentlərindən birinə təyinat olub.

FED.az Banker.az-a istinadən xəbər verir ki, Toğrul Quluzadə Hüquq departamentinin direktor müavini təyin edilib.

Toğrul Quluzadə – 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə orta təhsilini başa vurub. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. Sonradan, Riqa Texnik Universitetinin “İqtisadiyyatın və Biznesin İdarəedilməsi” fakültəsində bakalavr, 2013-2014-cü illərdə Riqa və Stokqolm Ali Hüquq Məktəbində “Beynəlxalq Kommersiya Hüququ” üzrə magistr, 2014-2015-ci illərdə isə Belçika Krallığının Qent Universitetində “Beynəlxalq və Avropa Birliyi Biznes Hüququ” üzrə yüksək magistr təhsili almışdır. 2015-ci ildə Almaniyanın Arbitraj İnstitutunun və Köln Universitetinin Beynəlxalq Kommersiya Arbitrajı Akademiyasında “Beynəlxalq Kommersiya Arbitraj Hüququ” üzrə həmçinin, 2019-cu ildə Harvard Universitetində “Müqayisəli Müqavilə Hüququ” üzrə təhsil almışdır. 2012-2013-cü illərdə Latviya Respublikasında fəaliyyət göstərən “United Oils” şirkətində Müqavilə Hüququ üzrə mütəxəssis və həmin şirkətin regional nümayəndəsi, 2015-2019-cu illərdə Bakı Hüquq Mərkəzində baş hüquqşünas vəzifəsində işləyib. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat şirkətində ( Formula 1 Azərbaycan) hüquq meneceri və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin Hüquq departamentinin direktoru vəzifəsində işləyib. 2020-ci il 10 iyul tarixindən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Hüquq departamentinin direktor müavini vəzifəsinə təyin olunub.

2020-ci il tarixindən BMT-nin “Beynəlxalq Kommersiya Arbitrajı Şurası”nın hüquqşünas üzvüdür. Həmçinin, “London Beynəlxalq Arbitraj Məhkəməsi”nin ( LCIA) və “Beynəlxalq Ticarət Palatası”nın ( ICC) gənc arbitrlar qrupunun da üzvüdür.

Fed.az

Yeni Xəbərlər