“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “Azərtütün ASK” MMC-nin cari təsərrüfat fəaliyyətinə həsr edilmiş videokonfrans formatında iclas keçirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə “Azərtütün ASK” MMC-nin cari təsərrüfat fəaliyyətinə həsr edilmiş videokonfrans formatında iclası keçirilib. İclasda Cəmiyyətin rəsmiləri, İstehsal və əməliyyatlar, Maliyyə, Hüquq departamenti, həmçinin “Azərtütün ASK” MMC-nin rəhbər heyəti iştirak edib. Çıxış edənlər müəssisədə görülən işlər, tütün tədarükü prosesi, aqrotexniki tədbirlərin yerinə yetirilməsinin davamlılığı, fermerlərlə əməkdaşlıq əlaqələrinin xarakterizə olunması ilə bağlı məsələlərin müzakirəsinə toxunublar. Bundan əlavə “Azərtütün ASK” MMC-də tütün tədarükü prosesinin başlanılması, Tütün İstehsalı və Emalı Məntəqələrində tədarük mövsümünə hazırlıq, fermerlər tərəfindən tütün bitkisinə aqrotexniki qulluğun göstərilməsinin vəziyyəti barədə də ətraflı məlumat verilib.

Sonda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə tərəfindən cari həyata keçirilən aqrotexniki fəaliyyət, sahə aqronomları tərəfindən gündəlik olaraq görülən işlər, verilən tövsiyyələr və müzakirə olunan digər problemlərin həlli ilə bağlı tapşırıqlar verildi.

Trend.az

Yeni Xəbərlər