“Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrinin 2020-ci ilin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (İFRS) keçidi davam edir

"Azərbaycan Sənaye Korporasiyası" ASC və onun törəmə müəssisələrinin 2020-ci ildən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidi haqqında qərar qəbul edilmişdir.

ASC-dən Trend-ə bildirilib ki, qərarın icrası olaraq, bu ilin əvvəlindən Cəmiyyətin və onun törəmə müəssisələrinin maliyyə hesabatlarının, o cümlədən birləşdirilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında kənar auditinin keçirilməsinə başlanılıb.

1 yanvar 2020-ci il tarixinə maliyyə hesabatlarının, o cümlədən birləşdirilmiş maliyyə hesabatlarının aparılması, düzgünlüyünün müəyyən olunması və rəy əldə edilməsi məqsədi ilə müvafiq prosedurların icrası prosesi gedir. Maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq aparılmasının yoxlanılması işi bu sahədə dünyanın "Böyük 10-luq" adlandırılan ixtisaslaşmış şirkətlər qrupunda təmsil olunan "Baker Tilly Azərbaycan" şirkəti tərəfindən həyata keçirilir.

Trend.az

Yeni Xəbərlər