Cari ildə 23 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub

Bu ilin yanvar-iyun aylarında 23,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən məmulatların dəyəri 40,9 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin 6 ayında ölkədən 46,7 milyon dollarlıq 23,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

AZƏRTAC

Yeni Xəbərlər