Şəkili fermerlər 1108 hektar sahədə tütün yetişdiriblər

Bu il Şəki rayonunun təsərrüfatlarında 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Rayonun Şorsu, Cumakənd, Qudula və Baş Göynük kəndlərinin ərazilərindəki təsərrüfatlarda bir neçə gündür tütün yarpağının dəriminə başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Yığılan “Virciniya botaniki” növlü yaş tütün kütləsi qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Yerli tütün sortları isə ipə düzülərək qurudulur.

Hazırda Şəkidə tütünçülüklə 300-dək fermer məşğul olur.

AZƏRTAC

Yeni Xəbərlər