Tovuzda barama tədarükünə başlanılıb

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Tovuz rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın inkişafına təkan verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuz rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb.

Mövsümün ilk günündə Bozalqanlı, Yanıqlı, Hunanlar, Aşağı Öysüzlü, Düz Cırdaxan və digər kəndlərin kümçüləri “Azəripək” MMC-nin rayondakı qəbul məntəqəsinə 747 kiloqram yüksək keyfiyyətli yaş barama təhvil veriblər.

Kümçülər dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini, qısa müddət ərzində zəhmətlərinin bəhrəsini gördüklərini bildirib, ipəkçiliyin gəlirli sahə kimi bundan sonra da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər