Kürdəmir rayonunda yaş barama tədarükünə start verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə peşəkar kümçülər tərəfindən bol barama yetişdirilməsinə nail olunub. İlk gündə “Azəripək” MMC-nin nümayəndələrinə Türkəndi kəndindən Oktay İsmayılov 110 kiloqram, Sovla kəndindən Əlvan Rəhimov 106,2 kiloqram, Babək Fərzəliyev 73,8 kiloqram yaş barama təhvil veriblər.
Bölgədə kümçülər tərəfindən barama təhvili davam etdirilir.