Bərdədə barama tədarükünə başlanılıb

Bərdə rayonunda barama tədarükünə başlanılıb. Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən bərdəli kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il bərdəli kümçülərə 1000 qutu (19 min qram) ipəkqurdu toxumu paylanılıb. Artıq kümçülər bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Yetişdirilən məhsul rayonda “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilir. Bu il rayon üzrə 40 tondan çox barama istehsalı proqnozlaşdırılır.

Qeyd edək ki, Bərdə rayonunda inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 400 min ədəddən çox tut tingi əkilib. 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, 2018-ci ildə 24,5 ton, 2019-cu ildə isə 36,6 ton barama istehsal olunub.

AZƏRTAC

Yeni Xəbərlər