“Azərtütün ASK” tərəfindən bu günədək şimal-qərb rayonlarında 1331,3 hektar sahədə tütün əkilib

“Azərtütün ASK” MMC tərəfindən bu günədək respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1331,3 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bu, nəzərdə tutulan tütün əkini sahələrinin 88,2 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurumun rəsmisi bildirib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 190 fermerlə müqavilə bağlanılıb. Bağlanmış müqaviləyə əsasən, cari təsərrüfat ilində bu rayonlarda cəmiyyət tərəfindən 1500 hektardan çox sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Bu günədək Şəki rayonunda 464,31 hektar, Qaxda 258,8 hektar, Zaqatalada 377,03 hektar, Balakəndə isə 231,15 hektar sahəyə tütün şitilləri köçürülüb.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər