Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri çiyid səpinini başa çatdırmaq üzrədirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 964 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 500 hektarı “Azərpambıq” MMC və 650 hektarı “P-Aqro” MMC ilə olmaqla, 2114 hektarda pambıq əkini nəzərdə tutulub. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Səpin işlərinin qısa müddətinə başa çatdırılacağı planlaşdırılır. Artıq sahələrin 2050 hektarında bitiş alınıb və becərmə işlərinə başlanılıb.
Qeyd edək ki, 2019-cu ildə Ağdam rayonunda 2600 hektar sahədə pambıq əkilib, 7315,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,1 sentner olub.