Füzuli rayonunda çiyid səpini başa çatıb

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda fermer və torpaq mülkiyyətçiləri çiyid səpinini başa çatdırıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari mövsümdə rayon ərazisində 670 hektar sahədə çiyid səpilib. “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər.

Səpin optimal müddətdə aparıldığı üçün artıq 72 hektar sahədə bitiş alınıb. Hazırda sahələrin suvarılmasını həyata keçirən pambıqçılar yaxın günlərdə kultivasiya işlərinə başlayacaqlar.

AZƏRTAC

Yeni Xəbərlər