Qadın idmançımız Gürcüstandan qələbə ilə qayıtdı

Azərbaycanlı MMA üzrə qadın döyüşçü Gözəl Zutova vətənə qələbə ilə qayıdıb.

Unikal.org-un məlumatına görə, G.Zutova (70kq)    Gürcüstanda təşkil olunmuş MMA üzrə Qran-pri turnirində   bütün rəqiblərindən üstün olmağı bacarıb. 
O qələbəsiylə bağlı bu sözləri deyib: "Ölkəmizdə idmana olan maraq davamlı surətdə artmaqdadır. Belə turnirlərdə iştirak etməkdə əsas məqsədim dünya arenasında Azərbaycanın dövlət himninin səslənməsi və bayrağımızın ucalmasıdır".

Qeyd edək ki, Gözəl Zutova "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nəzdindəki    "ASK İdman Kompleksi"-nin döyüş məktəbinin rəhbəridir.

Unikal.org

Yeni Xəbərlər