“Azərbaycan Sənaye Korporasiyası” ilə alman şirkəti arasında əməkdaşlıq müzakirə olunub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə və Almaniyanın “Achenbach Buschhütten” şirkətinin beynəlxalq satış üzrə icraçı direktoru Rolf Vilbersin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

ASC-dən Trend-ə verilən məlumata görə, görüşdə Korporasiyanın “Strateji inkişaf və kommersiya” departamentinin rəhbər heyəti, eləcə də “Azəralüminium” MMC-nin əməkdaşları və “Eco Metal Consulting” şirkətinin icraçı direktoru Markus Spieberger iştirak edib.

“Achenbach Buschhütten” şirkəti əlvan metal prokat, alüminium xəlitələri istehsal edən mürəkkəb zavodların qurulması, modernləşdirilməsi sahəsində yüksək təcrübəyə malikdir.

O cümlədən, “Achenbach Buschhütten” bu sahə üzrə avadanlıqların istehsalı istiqamətində ixtisaslaşmış şirkətdir və dünya avtomobil sənayesinin aparıcı şirkətləri ilə əməkdaşlıq edir.

Görüş zamanı “Azəralüminium” MMC-də müəssisənin istehsal gücünün artırılması və yeni metalyayma zavodunun inşası, həmçinin birgə müəssisənin yaradılması və investisiya yatırımının perspektivləri mövzusunda da müzakirələr aparılıb. Sonda görüş iştirakçıları hər iki qurum arasında iş birliyinin qurulmasının istiqamətləri və uzunmüddətli əməkdaşlığın inkişafı üzrə müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar.

Trend

Fotolent

Yeni Xəbərlər