Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq

Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının birgə təşkilatçılığı ilə milad bayramı ərəfəsində təşkil olunacaq Lüksemburq Beynəlxalq Bazarında Azərbaycan da təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, Lüksemburqun Böyük Hersoginyasının himayəsində təşkil olunacaq beynəlxalq bazarda hər il 60-dan çox ölkə iştirak edir. Beynəlxalq bazarda ölkəmiz 2011-ci ildən iştirak edir və yerli məhsullarımız həmişə böyük maraqla qarşılanıb.

Bu il “Azərsun”, “ASPİ Savalan”, “Viva” kimi şirkətlərin, Azərbaycan Sənaye Korporasiyasının və “Silk Way” (cargo) Hava Yollarının sayəsində beynəlxalq bazarın ziyarətçiləri iki gün ərzində Azərbaycan qonaqpərvərliyinin şahidi olacaqlar. Yüksək keyfiyyətli məhsullarımızı dada biləcəklər.

Builki Azərbaycan stendinin təşkilatçıları Lüksemburqda yaşayan soydaşlarımız Samir Məmmədov və Seymur Əhmədovdur.

AZƏRTAC

Yeni Xəbərlər