Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunub.
“Marja” xəbər verir ki, “İxrac İcmalı”nın oktyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-sentyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, “Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company", "Caspian enerji-2020" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərikimya" İB, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.