“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Belqospişeprom” Konserni arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Minskdə Belarusun “Belqospişeprom” konserni sədrinin birinci müavini İqor Şustov ilə görüşüb.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tütün məhsullarının mübadiləsi ilə bağlı ortaya çıxan problemlərin həllindən irəli gələn məsələlər müzakirə edilib, əməkdaşlığın yeni istiqamətləri, o cümlədən uşaq qida məhsullarının Azərbaycanda birgə istehsalına dair təkliflər səsləndirilib. Görüşün yekununda protokol imzalanıb.

K.Nəbizadə, həmçinin Belarusun Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini İvan Similqin ilə də görüşüb. Söhbət zamanı kənd təsərrüfatı məhsullarının Azərbaycana tədarük edilməsi və birgə istehsalı barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə səfir Lətif Qəndilov da iştirak edib.

AZƏRTAC

Yeni Xəbərlər