ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, o, Zaqatala, Balakən, Qax və Şəki rayonlarında cari il üzrə əkilərək tədarük ediləcək tütünün məhsuldarlığının və keyfiyyətinin artırılması istiqamətində həm “Azərtütün ASK” MMC-yə həm də yerli fermerlərə dəstək göstərəcəkdir.
Belə ki, serbiyalı məsləhətçi yaşıl tütün yetişdirilməsi dövründə müvafiq aqrotexniki tədbirlərin yerinə yetirilməsinin təşkili, zərərvericilərə qarşı inteqrasiya edilmiş idarəetmə proqramının hazırlanması və tətbiqi, aqronomlar və fermerlər üçün təlim proqramının hazırlanması və təşkil edilməsi, "Azərtütün ASK” MMC-nin təcrübə-sınaq sahələrində aparılacaq əkinlərin nəzarətdə saxlanması, eləcə də yerli aqronomlara tövsiyyələr vermək və onların fəaliyyətinə nəzarət etmək, Tütün İstehsalı Emalı Məntəqələrində yaşıl tütünün qəbulu və emalı prossesinə nəzarəti həyata keçirmək, Zaqatala Tütün Emalı Zavodunda istehsalın yaxşılaşdırılması üzrə məsləhətlər vermək və buradakı işçi heyətinin fəaliyyətini nizamlamaq kimi mühüm işlərin icrasını həyata keçirəcəkdir.
Kənd təsərrüfatının ənənəvi istiqamətləri üzrə, o cümlədən tütünçülüklə bağlı dövlət proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələrin icrasının təmin edilməsi üçün görüləcək işlər, mövcud problemlərin həlli, ümumilikdə bu sahədə böyük əhəmiyyət kəsb edən informasiyaların çatdırılması və innovasiyaların tətbiqi baxımından qarşılıqlı əməkdaşlıqların əhəmiyyətini nəzərə alaraq, “Azərtütün ASK” MMC növbəti illərdə bu istiqamətdə aparıcı yerə malik olan digər ölkələrin də təcrübə və iş mexanizmlərindən yararlanmağı planlaşdırır.