Azərbaycan yeni şərab brendlərini Belçika və Çinə satacaq

Azərbaycanın şərab istehsalçısı "ASK Şəki Şərab", "Bouquet Sheki" və "Askona" adlı brendlərini təqdim edəcək. Bunu Trend-ə şirkətin direktoru Vidadi Həsənov deyib.

Onun sözlərinə görə, "Bouquet Sheki" və "Askona" brendləri altında Azərbaycanda yığılmış "Rkatsiteli", "Saperavi", "Mədrəsə", "Muskat", "Şardone" və "Merlo" kimi üzüm sortlarından şərablar istehsal olunacaq:

"Bu yüksək keyfiyyətli şərablar tamamilə Azərbaycan istehsallıdır, Avropa texnologiyalarına uyğun hazırlanıb. Yaxın günlərdə yeni şərablar ölkənin, demək olar, bütün iri ticarət obyektlərdə təqdim olunacaq".

Direktor bildirib ki, bununla yanaşı, zavod Belçika, Çin və Qazaxıstana şərab ixracını təşkil etməyi planlaşdırır:

"Biz istehsal etdiyimiz şərablardan nümunələri Belçika, Çin və Qazaxıstana göndərmişik və məhsullarımız yüksək qiymət alıblar. Bu ölkələrdən olan şirkətlərlə müqavilə bağlamağı planlaşdırırıq".

Qeyd edək ki, 2018-ci ildə "ASK Şəki Şərab" zavodu 724,9 ton üzüm qəbul edib və 500 min litr şərab məhsulu hazırlayıb.

"ASK Şəki Şərab" şirkəti Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsidir.

Trend

Yeni Xəbərlər