“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC Novruz bayramı münasibətilə Vətən müharibəsi iştirakçıları və aztəminatlı ailələrə baş şəkərək, onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim ediblər.
Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri kimi Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbiçilərimizə, eləcə də aztəminatlı ailələrə göstərilən diqqət və qayğının davamı olaraq təşkil olunan bu xeyriyyə tədbiri Bərdə, Tərtər, Biləsuvar və Ağcabədi rayonları üzrə 200 ailəyə şamil olunub. Sakinlər dövlətimiz tərəfindən göstərilən dəstəyə görə aksiya iştirakçılarına təşəkkür ediblər.