“Azəralüminium” MMC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil edib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib.

"Uşaqları qoruyaq" adlı layihə çərçivəsində təşkil olunan aksiyada Cəmiyyətin əməkdaşları Gəncə şəhəri uşaq evində olub, məktəbli çantası və dərs ləvazimatlarından ibarət hədiyyələr ilə uşaqları sevindiriblər. Tədbir müxtəlif əyləncəli, rəngarəng kompozisiyalar və animatorların iştirakı ilə keçirilən bayram şənliyi ilə davam edib.

Sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşıyan bu qəbildən aksiyalar diqqət və qayğıya ehtiyacı olan uşaqları sevgi və nəvazişlə əhatə etmək, onlara xoş əhval-ruhiyyə bağışlamaq kimi xeyirxah məqsədə xidmət edir.

Trend

Fotolent

Yeni Tədbir