“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə Qazaxda xeyriyyə aksiyası keçirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Bakı ilə yanaşı ölkənin əksər bölgələrində həyata keçirilən sosial dəstək aksiyası davam edir.

Xeyirxah təşəbbüsün davamı olaraq Korporasiyanın nümayəndələri Qazax rayonu üzrə 300 aztəminatlı, şəhid və qazi ailəsini ziyarət edərək, onlara ərzaq məhsullarından ibarət yardım sovqatları təqdim ediblər. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi dövlət proqramlarının davamı kimi təşkil edilən aksiya ehtiyacı olan insanlara maddi-mənəvi cəhətdən dəstək göstərmək, onları qayğı ilə əhatə etmək baxımından əhəmiyyətə malikdir.

Trend

Fotolent

Yeni Tədbir