Ölkəmizdə fevralın 6-da Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək aksiyası davam edir.
“Səninləyəm, Türkiyəm!” aksiyası çərçivəsində "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəsissəsi olan “Azərpambıq ASK” MMC-nin bütün struktur bölmələrində çalışan əməkdaşların şəxsi vəsaiti hesabına toplanan 41 000 manat Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.