“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən keçirilən xeyriyyə aksiyası çərçivəsində Binəqədi rayonu ərazisində yaşayan 300 aztəminatlı ailəyə gündəlik tələbat üçün lazım olan ərzaq məhsullarından ibarət yardımlar təqdim edilib.
Sosial müdafiəyə ehtiyacı olan ailələrə maddi və mənəvi dəstək göstərmək, onları qayğı ilə əhatə etmək baxımından əhəmiyyət daşıyan aksiya Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilib.
Yardım təqdim edilən ailələr onlara verilən sosial dəstəyə, diqqət və qayğıya görə Korporasiyanın əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.