1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik bu əlamətdar tarixi gün münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə başda olmaqla Cəmiyyətin mərkəzi aparatı və törəmə müəssisələrin rəhbər heyəti Korporasiyanın inzibati binasının foyesində Ümummilli Liderin büstü önünə gül dəstələri düzüb, görkəmli şəxsiyyətin əbədi xatirəsini dərin hörmətlə anıblar.