Yasamal Rayon İcra Hakimiyyəti və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndələri 8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsini yad ediblər.
Əvvəlcə tədbir iştirakçıları Yasamal rayonunda Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət ediblər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xatirə Kompleksinin önünə əklil və güllər qoyulub.
Daha sonra mərasim iştirakçıları İkinci Fəxri Xiyabanda olublar. Vətənin bütövlüyü uğrunda şəhid olan igid qəhrəmanların məzarlarını ziyarət edən “Azərbaycan Sənaye Korporasiyası” ASC və Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri onların əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə gül dəstələri düzüblər.