“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları YAP-ın Mərkəzi Aparatında keçirilən qanvermə aksiyasında iştirak ediblər

    Dekabrın 28-də “Yeni Azərbaycan Partiyasının” (YAP) Mərkəzi Aparatının inzibatı binasında qanvermə aksiyası keçirilib.  Aksiyada partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla 300 nəfərə yaxın YAP üzvü qatılıb.  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları da qeyd olunan qanvermə aksıyasında iştirak ediblər. Qanvermə aksiyasına Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub. Toplanan qan talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi üçün istifadə olunacaqdır.

   “Yeni Azərbaycan Partiyası” ənənəvi olaraq hər il qanvermə aksiyaları keçirir. Partiya xüsusilə də, Azərbaycan  Respublikasının  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyaları təşkil edir. YAP Mərkəzi Aparatında keçirilən növbəti qanvermə aksiyası da partiya üzvlərinin ölkəmizdə həyata keçirilən humanist tədbirlərdə fəal iştirakının daha bir göstəricisidir.

Fotolent

Yeni Tədbir