“Azərpambıq ASK” MMC-nin təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib

     "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə cəmiyyəti olan "Azərpambıq ASK" MMC tərəfindən 8 Noyabr - Zəfər Günü münasibəti ilə xeyriyyə aksiyası keçirilib.

     Aksiya zamanı "Azərpambıq ASK" MMC-nin Ağcabədi, Ağdam, Biləsuvar, Goranboy, Bərdə, Beyləqan rayonları üzrə çalışan şəhid ailəsi üzvlərinə ərzaq bağlamalarından ibarət yardım paylanıb. Həmçinin Sabirabad rayonu Nizami Bələdiyyəsinin müraciətinə əsasən həmin rayonda yaşayan şəhid ailəsi üzvlərinə də ərzaq yardımı təqdim olunub.

Fotolent

Yeni Tədbir