Gəncə Alüminium Kompleksində Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb

        “Azəralüminium” MMC-nin Gəncə Alüminium Zavodunda Vətən Müharibəsi şəhidləri Natiq Yusif oğlu Əliyev, Elşən Mübariz oğlu Dünyamalıyev, Rəşad İlqar oğlu Ələkbərov və  11 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı nəticəsində ailə üzvləri  (həyat yoldaşı Ələsgərova Təranə Paşa qızı və oğlu  Ələsgərov Ülvi Ceyhun oğlu)  ilə birgə həlak olan Ceyhun Camal oğlu Ələsgərovun Xatirə Kompleksinin açılış mərasimi olub. Tədbirdə  “Azəralüminium” MMC-nin baş direktoru Maksim Cavadov, eləcə də zavodun əməkdaşları, həmçinin şəhidlərin ailə üzvləri, yaxınları, iştirak ediblər.

       Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman oğullarımız Natiq Əliyev, Elşən Dünyamalıyev və Rəşad Ələkbərovun valideynləri Gəncə Alüminium Zavodunun əməkdaşlarıdır.  Mərhum Ceyhun Ələsgərov  isə “Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksinin Elektroliz Vannaların və digər metallurji avadanlıqların təmiri sahəsində növbə rəisi vəzifəsində çalışırdı.

       Allah şəhidlərimizə rəhmət eləsin!

Fotolent

Yeni Tədbir