“Azərpambıq ASK“ MMC xeyriyyə aksiyası keçirib

Valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək və diqqət göstərilməsi istiqamətində ölkə rəhbərliyinin xeyirxah missiyasının davamı olaraq “Azərpambıq ASK“ MMC xeyriyyə aksiyası keçirib. Cəmiyyətin bir qrup əməkdaşı Novruz bayramı ərəfəsində Xətai rayonunda yerləşən 3 nömrəli uşaq evinə baş çəkərək müxtəlif növ ərzaq məhsulları, şirniyyatlar, oyuncaqlar və gündəlik tələbat mallarından ibarət sovqat ilə uşaqlara bayram sevinci bəxş ediblər. “Uşaqlara qayğı və diqqət ənənəsi davam etdirilir” devizi altında təşkil olunan bu xeyriyyə tədbiri uşaq evinin 3 yaşdan 18 yaşadək 90 nəfər sakini üçün təşkil olunub.

Fotolent

Yeni Tədbir