"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimində iştirak ediblər. Korporasiyanın kollektivi qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar olaraq Xətai rayonunda yerləşən Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyub,  faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

30 il əvvəl  -  1992-ci il fevralın 25-dən 26-na keçən gecə cinayətkar erməni və keçmiş sovet hərbi birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib. Faciə törədilən gecə 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Fotolent

Yeni Tədbir