2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş mini futbol görüşü keçirilib

 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mərkəzi aparatının əməkdaşları  ilə Cəmiyyətin törəmə müəssisələrindən olan “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “ASK Əmlak” MMC, “ASK Şüşə” MMC və “ASK Security” MMC-nin  yığması  arasında 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş mini futbol görüşü keçirilib.  Sonda Cəmiyyətin Baş direktoru Kamran Nəbizadə yoldaşlıq görüşünün iştirakçılarını salamlayaraq, Azərbaycan Gəncləri Günü münasibətilə onları təbrik edib.  Korporasiyanın rəsmisi bildirib ki, ilk dəfə təşkil olunan bu qəbildən görüşlər gələcəkdə ənənəyə çevrilərək, turnir şəklində keçiriləcək və artıq Cəmiyyətin hər bir törəmə müəssisəsi vahid komanda şəklində iştirak edəcəkdir.  Mini futbol görüşünün iştirakçıları Korporasiyanın Baş direktoru Kamran Nəbizadə tərəfindən xatirə kuboku və diplomlarla təltif olunublar.      

Fotolent

Yeni Tədbir