“Azərpambıq ASK“ MMC xeyriyyə aksiyası keçirib

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində  “Azərpambıq ASK“ MMC xeyriyyə aksiyası keçirib.  “Uşaqlara qayğı və diqqət ənənəsi davam etdirilir” şüarı altında təşkil olunan  aksiya  zamanı  Cəmiyyətin bir qrup əməkdaşı  Xətai rayonunda yerləşən 3 nömrəli uşaq evinə baş çəkərək müxtəlif  ərzaq məhsulları, şirniyyat  və  meyvə  sovqatı ilə uşaqları təbrik edib, onlara bayram sevinci bəxş ediblər. Uşaq evinin 3 yaşdan 18 yaşadək 90  nəfər sakini üçün  təşkil olunan tədbir yeni il əhval-ruhiyyəli əyləncəli-musiqili proqram ilə davam edib. 

Fotolent

Yeni Tədbir