“ASK ŞÜŞƏ” MMC Anım Günündə ağacəkmə aksiyası keçirib

Vətən müharibəsi şəhidlərinin xatirəsini əziz tutan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “ASK ŞÜŞƏ” MMC kollektivi sentyabrın 27-də - Anım Günündə ağacəkmə aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən şəhidlərimizin xatirəsi ehtiramla anılıb, müəssisənin ərazisində yüzlərlə həmişəyaşıl ağacı əkilib. Müəssisədə çalışan Türkiyə, Rusiya, Ukrayna və Moldova vətəndaşları da anım tədbirlərində böyük həvəslə iştirak ediblər.

Tədbir iştirakçıları saat 12:00-da qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

AZƏRTAC

Fotolent

Yeni Tədbir