27 Sentyabr ölkəmizdə Vətən müharibəsi şəhidlərinin əbədi xatirəsinin anıldığı gündür.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin kollektivi Anım Günü münasibətilə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan igid Vətən oğullarımızın doğmalarına baş çəkərək 56 ailəyə ərzaq payları təqdim edib.
Aksiya iştirakçıları görüş zamanı şəhid ailələrinə qayğının hər bir azərbaycanlının vətəndaşlıq borcu, şəhidlərimizin əziz ruhuna ehtiram ifadəsi olduğunu bildiriblər.
Dövlətimiz tərəfindən daim diqqət mərkəzində olduqlarını bildirən şəhid ailələri onlara göstərilən qayğı və şəfqətə, dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.