“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir qrup əməkdaşı ümummilli lider Heydər Əliyevin adını daşıyan Muzey ilə tanış olublar

15 İyun - Milli Qurtuluş günü münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzində müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Muzey ilə tanış olublar.

Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və qorunmasında əhəmiyyətli rola malik olan Muzeydə çağdaş tariximizdə müstəsna yeri olan ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər ünikal eksponatlar haqqında əməkdaşlara ətraflı məlumat verilib.

Azərbaycana rəhbərlik etdiyi dövrlərdə zəngin həyat təcrübəsi və fenomen siyasi bacarığı sayəsində tarixə əvəzsiz töhfələr bəxş edən dahi şəxsiyyət Heydər Əliyevin müdrik həyat salnaməsini əks etdirən sənəd və əşyalar ziyarətçilər tərəfindən maraq və ehtiramla qarşılanıb.

Fotolent

Yeni Tədbir