"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin rəhbər heyəti və əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər.
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

28 il əvvəl  -  1992-ci il fevralın 25-dən 26-na keçən gecə cinayətkar erməni və keçmiş sovet hərbi birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib. Faciə törədilən gecə 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 155 nəfər itkin düşüb.

Bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün dünyaya, bəşəriyyətə qarşı yönəldilmiş bir hadisədir. İnsanlığa qarşı törədilən bu dəhşətli cinayətin cəzasız qalmaması, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsi, Azərbaycan torpaqlarında törədilən Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bu gün dünyanın bir çox ölkələrində bu faciənin anım və tanıtım tədbirləri keçirilir.

Fotolent

Yeni Tədbir