“Azərbaycan Sənaye Korporasiyası” və Yasamal RİH-in birgə təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ənənəvi sovqat aksiyası təşkil edilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ənənəvi olaraq sovqat aksiyası təşkil edilib.
Aksiya iştirakçıları Yasamal rayonu ərazisində yaşayan 240 aztəminatlı ailəyə baş çəkərək, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını təqdim edib və onları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər. Bundan əlavə 240 ailənin içərisində ən çox ehtiyacı olan 4 ailəyə gündəlik istifadə üçün də ərzaq məhsulları təqdim edilib.
Qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi baxımından əhəmiyyətli olan bu qəbildən aksiyalar sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələri qayğı ilə əhatə etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq, insanlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi bəxş etmək məqsədi daşıyır.

Trend

Fotolent

Yeni Tədbir