“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları III Milli Mühasiblər Forumunda

Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi, Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) birgə təşkilatçılığı ilə Bakıda III Milli Mühasiblər Forumu keçirilib.
Tədbirdə 200-dək müxtəlif yerli və xarici şirkətin maliyyə meneceri, baş mühasibləri və mühasibləri, o cümlədən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  maliyyə strukturlarında  çalışan  əməkdaşları da iştirak ediblər.   
Forumun  keçirilməsində məqsəd Azərbaycanda mühasibat uçotunun inkişafı, mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili, bu sahədə islahatların dərinləşməsinə yönəlmiş təkliflərin toplanması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır.
 

Fotolent

Yeni Tədbir