“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Tədqiqat, innovasiya və “startup”lara” dəstək” şöbəsinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

            Bu günlərdə ABŞ-ın PNE  beynəlxalq mərkəzi tərəfindən onlayn startap pitch day  keçirilmişdir. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  “Tədqiqat, innovasiya və “startup”lara” dəstək” şöbəsinin əməkdaşı  Teymur Hacıyev həmin tədbirdə iştirak etmişdir. Görüşün başlıca məqsədi   bir neçə startap  ideyaların  təqdimatından  ibarət  olmuşdur. İştirakçı startaplar onlara ayrılmış qisa bir zaman ərzində öz startap ideyaları haqqında  məlumatları yığcam və ətraflı şəkildə bölüşmüşlər. Tədbirdə müzakirə olunan əsas mövzular yaşıl texnologiyalar,  informasiya texnologiyaları və VR (virtual reallıq) sahələri ətrafında olmuşdur. Korporasiyanın beynəlxalq görüşdə təmsil olunan nümayəndəsi  qeyd olunan  sahələr üzrə  startapların  təqdimatları ilə  yaxından  tanış olmuş, təklif və fikirləri ilə çıxış etmişdir.

          Cəmiyyətin  “Tədqiqat, innovasiya və “startup”lara” dəstək” şöbəsinin daha bir əməkdaşı Afər Əzimova isə  ötən  günlərdə  “Build a Better Future with Singapore - SE Asia Unicorns & Startup Experts (Online)” adlı vebinarda iştirak etmişdir.  Korporasiya üçün əhəmiyyətli olan vebinarda  startaplar ilə iş prinsipləri,  investorların cəlb edilməsi, yeni əməkdaşlıqlar  və  bu  əməkdaşlıqlar  üçün  əlverişli  məkanların  müəyyən edilməsi, həmçinin  sahibkarlar üçün mövcud resursların idarə edilməsi haqqında  geniş müzakirələr  aparılmışdır.

          Sözügedən vebinarda təlimçilər Gaery Undarsa (Həmtəsisçi və CMO, Lifepack / Jovee), Karissa Adelaide (Jungle Ventures-in vitse-prezidenti) və Tessa Vijaya (Həmtəsisçi və COO, Xendit)  startaplar  haqqında malik olduqları zəngin məlumatları iştirakçılar ilə bölüşərək,  yeni investorların cəlb edilməsinə dair  tövsiyələrini vermişlər.

Fotolent